Tarix: 01-03-2022 | Saat: 17:42
Bölmə:Karusel / Region | çapa göndər
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Çinin xarici işlər naziri Van İ arasında ilə telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, məlumat Ukrayna Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində yayılıb.
Ukraynalı nazir çinli həmkarına Rusiyanın Ukraynaya qarşı silahlı “təcavüzünü inkişaf etidirməsi” barədə məlumat verib. O, Van İni Pekinlə Moskva arasındakı münasibətlərdən istifadə edərək Rusiyanı “Ukrayna xalqına qarşı silahlı təcavüzü dayandırmağa vadar etməyə” çağırıb.
Çinli nazir Ukraynanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyərək ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. O, Dmitri Kulebanın əmin edib ki, Çin həm də BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Ukrayna torpağında müharibənin dayanması üçün bütün imkanlarından yararlanacaq.
Digər xəbərlər