Saytımızı qiymətləndirin


 
 

Rusiya MN: Qoşunlar Balakleya və İzyumdan Donetsk istiqamətində qruplaşdırılıb
Tarix: 10-09-2022 | Saat: 18:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya MN: Qoşunlar Balakleya və İzyumdan Donetsk istiqamətində qruplaşdırılıb

Rusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində geri çəkilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Balakleya və İzyumda olan Rusiya qoşunları Donetsk istiqamətində yenidən qruplaşdırılıb.

“Donbasın azad edilməsi üzrə xüsusi hərbi əməliyyatın bəyan edilmiş məqsədlərinə nail olmaqdan ötrü Donetsk istiqamətində səyləri gücləndirmək üçün Balakleya və İzyum bölgələrində yerləşən Rusiya qoşunlarının yenidən qruplaşdırılması qərara alınıb”, - bildirilib.

Bu məqsədlə “İzyum-Balakleya” qoşun qruplaşmasının üç gün müddətinə “Donetsk Xalq Respublikası” ərazisinə köçürülməsi və yerləşdirilməsi məqsədilə əməliyyat keçirilib.

Əlavə olaraq qeyd olunub ki, bu əməliyyat zamanı Rusiya qoşunlarının real hərəkətlərini təyin etmək üçün bir sıra diqqəti yayındıran və nümayişkaranə tədbirlər həyata keçirilib.



Xəbəri paylaş

1204 dəfə oxunub.

Digər xəbərlər