Saytımızı qiymətləndirin


 
 

Linkolnun heykəlini çızmış gənci 10 illik həbs gözləyir - FOTO
Tarix: 20-09-2017 | Saat: 14:25
Bölmə:Karusel | çapa göndər

 

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnın Vaşinqtondakı heykəlini çızmış Qırğızıstan vətəndaşı saxlanılıb. Onun qəpiklə postamentə öz adını cızdığı bildirilir.

Qarabağinfo.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "New York Daily News" nəşri məlumat yayıb.

Hadisə sentyabrın 18-də baş verib. 21 yaşlı Nurtilek Bakirov ABŞ hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Onun bu hərəkəti vandalizm kimi qiymətləndirilib və buna görə 2000 dollar cərimə ödəyib.

Əgər gəncin günahı məhkəmə tərəfindən sübuta yetirilərsə, Nutrilek Bakirovu 25 min dollara qədər cərimə və 10 ilədək həbs cəzası gözləyir. O, hələlik azadlığa buraxılıb, lakin oktyabrın əvvəlində məhkəmə toplantısında iştirak etməlidir.

Hadisə ilə bağlı Qırğızıstanın Vaşinqtondakı səfirliyi də məlumat yayıb. Səfirlikdən heykəli cızmış gəncə hüquqi yardım ediləcəyi bildirilib.



Xəbəri paylaş

634 dəfə oxunub.

Digər xəbərlər