Saytımızı qiymətləndirin


 
 

Belə hadisə nadir hallarda olur - Xəzərlə bağlı açıqlama
Tarix: 01-09-2022 | Saat: 17:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xəzər dənizi suyunun temperaturu üzərində aparılan ölçmə işləri göstərir ki, Abşeronun şimalında dəniz suyunun temperaturu 21-22°, cənub çimərliklərində isə 27-28°-dir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

Onun sözlərinə görə, belə ciddi temperatur fərqi nadir hallarda baş verir. Səbəb sinoptik vəziyyət və Xəzərin hidrometeorologiyası ilə bağlıdır.

 

"Uzun müddətdir ki, Xəzərin şimalında davamlı olaraq şərq küləyi əsir. Mahaçqalada və daha şimalda havanın temperaturu da bizim ərazi ilə müqayisədə 10°-dək aşağıdır. Belə ki, Mahaçqalada dəniz suyunun temperaturu cəmi 17-18°-dir. Sualtı axınlarla ərazimizə daxil olan və səth suları ilə qarışan daha soyuq su kütləsi Abşeronun əsasən şimal hissəsinin sahilyanı ərazilərində suyu soyudur. Havanın temperaturunun kifayət qədər yüksək (36-38°) olmasına baxmayaraq, şimaldan gələn soyuq su axını suyun temperaturunun yüksəlməsinə imkan vermir", - U.Tağıyeva vurğulayıb.modern.az



Xəbəri paylaş

1158 dəfə oxunub.

Digər xəbərlər