Tarix: 29-08-2022 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Əbülfəz Elçibəy demokratik seçilmiş ilk rəhbər idi və həddindən artıq demokrat olduğu üçün ölkədə anarxiya baş alıb getdi, biz anarxiyalaşdıq”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Versiya.az-a açıqlamasında tanınmış şair Mirmehdi Rəsul deyib. Onun sözlərinə görə, demokratiya bəlkə də yaxşı anlayışdır, amma biz onu bir millət olaraq özümüzküləşdirə bilmədik: “Bilmədik deyirəm, əslində "özümüzünküləşdirdik". Anaxiya bizə yüzlərlə itkilər gətirdi. İrili-xırdalı çox şey itirdik”.
Mirmehdi Rəsul qeyd edib ki, hər şeylə yanaşı biz həm də torpaq itiridik: “Mənə Laçınsız, Şuşasız, Qarabağsız demokratiya lazımdırmı? Sizi bilmirəm, mənə lazım deyil. Ola bilsin ki, ölkədə demokratiya tam bərqərar olmayıb. Ayrı-ayrı məmurlar rüşvətxorluqla məşğuldurlar, vəzifə səlahiyyətlərindən sui istifadə edirlər. Bu məsələlərə görə mən də tez-tez məmurları tənqid edirəm və edəcəm də. Amma insafən,vicdanla, Allahla deyin, İlham Əliyevin bu ölkə üçün etdiyi fədəkarlığı kim edə bilmişdi? 28 il həsrətlə baxdığımız müqəddəslərimizə qovuşmağımız kimin rəhbərliyi ilə baş verdi - İlaham Əliyevin”.
Tanınmış şair vurğulayıb ki, bu gün növbəsini gözləyən digər yurd yerlərimiz də var və onlar da tezliklə azad ediləcək: “Xocalı, Xocavənd, Xankəndi və digər ərazilər. Bu yurdlarımız da azad olunacaq. Bilirsiniz niyə azad olacaq? Ona görə azad olacaq ki, bu ölkədə Laçını azad edə bilən bir Laçın da var - İlham Əliyev”
Digər xəbərlər