Saytımızı qiymətləndirin


 
 

“İran yeni Şərq cəbhəsinin açılması istiqaməti üzrə çalışır”
Tarix: 13-08-2024 | Saat: 19:48
Bölmə:Karusel / Dünya | çapa göndər

iran-yeni-serq-cebhesinin-acilmasi-istiqameti-uzre-calisir

“İran yeni Şərq cəbhəsinin açılması istiqaməti üzrə çalışır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrail Katz “X” hesabında yazıb.

Nazir xəbərdarlıq edib ki, İran İordan çayının qərb sahilində SEPAH-ın dəstəyi ilə yeni Şərq cəbhəsi açmağa çalışır:

“İranın İsrailin əsas məskunlaşma mərkəzlərinə qarşı yeni terror cəbhəsi yaratmağa çalışması ciddi və təhlükəli vəziyyət yaradır”.

Qeyd edək ki, bu gün İranın müvəqqəti xarici işlər naziri Əli Bağeri Kani, italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığı zamanı mümkün İran-İsrail müharibəsini şərh edib:

“İsrail əleyhinə cavab tədbirləri görmək müstəsna hüququmuzdur”.

İranlı nazir bildirib ki, Təl-Əvivin addımları İran da daxil olmaqla, Suriya və Livanın ərazi bütövlüyünü pozmağa yönəlib.

Xatırladaq ki, ötən ayın 31-i İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb.

Bunun ardınca onsuz da gərgin olan İran-İsrail münasibətlərində yeni mərhələ başlayıb.

Belə ki, həftələrdir dünya mediasında eləcə də beynəlxalq təşkilatların açıqlamalarında İranın Haniyənin ölümü ilə bağlı qisas əməliyyatına hazırlaşdığı bildirilir. Son olaraq “Fox news” telekanalının yaydığı məlumatda qeyd olunub ki, mümkün qarşıdurma bu həftə öz təsdiqini tapa bilər.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər