"Tehran və Bakı arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlər regional təhlükəsizliyin təmin edilməsində ən təsirli amildir".
Qarabaginfo.az "Mehr News" istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə deyib.
O, Azərbaycanla iqtisadi, siyasi, mədəni və ticari əməkdaşlığın inkişafını alqışlayaraq qeyd edib ki, müxtəlif sahələrdə, o cümlədən iqtisadi və tranzit sahələrində ikitərəfli sazişlərin tam şəkildə həyata keçirilməsi Azərbaycan tərəfdən əməli addımlar atmağı tələb edir. “Qonşu olmaqla yanaşı, İran və Azərbaycan eyni mədəniyyəti bölüşür və qohumdur. Heç bir amil iki ölkə arasında sıx əlaqələri pozmamalıdır”.
İ. Rəisinin sözlərinə görə, ABŞ və İsraili dünya və region dövlətləri maraqlandırmır. “Qonşu ölkələr, xüsusilə İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün ən təsirli amildir”.
Azərbaycanın iki ölkə arasında sazişləri həyata keçirdiyini vurğulayan Ş.Mustafayev iki ölkə arasında əlaqələrin inkişafı üçün dəmir yolu, avtomobil və tranzit nəqliyyatı sahəsində yeni layihələrin və sazişlərin yaradılmasını planlaşdırdığını açıqlayıb.
O, İranın Türkmənistan və Azərbaycan arasında qaz mübadiləsini həyata keçirmək səylərinin əhəmiyyətini və təqdirini vurğulayaraq qeyd edib ki, Azərbaycan Türkmənistandan İslam Respublikası vasitəsilə Azərbaycana qaz mübadiləsi imkanlarını artırmağa çalışır və eyni zamanda, elektrik enerjisi mübadiləsi layihəsini həyata keçirmək istəyir.