Tarix: 18-04-2022 | Saat: 23:25
Bölmə:Karusel / Region | çapa göndər
“Biz iki qonşumuz arasında başlayan münaqişəyə son qoymaq üçün intensiv diplomatik səylər göstərdik”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, heyətlərin İstanbul görüşündə konkret addımlara nail olunub.
“Biz hər iki tərəfin etibar etdiyi ölkə olaraq səylərimizi davam etdiririk. Hər iki tərəf İstanbulda danışıqların irəliləməsinin tərəfdardır. Cənab Zelenski və Putinlə müntəzəm olaraq telefon danışıqlarım olur. İki liderin xüsusilə Türkiyədə görüşməsini arzuladığımı bildirirəm. Bu münaqişələr davam etdikcə təkcə itkilər deyil, həm də iqtisadi xərclər artır. İki qonşumuz arasında atəşkəs və daha sonra davamlı sülhün bərqərar olması bəşəriyyət üçün görülən ən yaxşı işlərdən biri olacaqdır”,- deyə o bildirib.
Digər xəbərlər