Zabuxda daşnak Andranikə cangüdənlik edən Putin əsgəri...-Nə demək istəyirsən?..
Tarix: 27-07-2022 | Saat: 11:40
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1228 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-07-2022 | Saat: 11:40
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Biz onun düşündüyü ilə razılaşsaq, Qarabağ, Şuşa, Laçın, Kəlbəcər gec-tez yenidən işğal olunacaq..."
Fotoda gördüyünüz əlində su dolu vedrə tutan və arxasında təpədən-dırnağa silahlı Rusiya hərbçisinin dayandığı məxluq kimdir, bilirsiz?.. 2014-cü ildən Livandan gəlib Azərbaycan Respublikası Laçın rayonunun Zabux kəndində qanunsuz sülənən “Daşnaksütyun” üzvü Andranik Çavuşyan...
O, Suriyanın Qamışlı şəhərində anadan olub. Guya dədə-babası oraya 1915-ci ildə Türkiyədən qaçıb gəlib. 1994-cü ildən A.Çavuşyanın ailəsi Livana köçüb... 2016-cı ilin aprelində bu daşnak dığa Azərbaycana qarşı döyüşlərdə fəal iştirak edib... Deməli, həm də terrorçudur... 2019-cu ildən isə Livan erməni sahibkarlarının 100-ə yaxın yeni ev tikib “Axavno” adlandırdıqları Zabuxda “mer” seçilib...
2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasından bəri xalq qəhrəmanı Sultan bəyin elə bu Zabux dərəsində qoşununu darmadağın edib arvad paltarında qaçmağa vadar etdiyi qulağı kəsik hay generalının bu qudurmuş adaşı əlində silah Azərbaycana qarşı kəskin çıxışlar edir:
“Biz buradan çıxmayacağıq. Bura bizim vətənimizdir. Rusiya hərbçiləri də gəldi, silahımızı vermədik... Azərbaycan əsgəri bu kəndə girsə, onun başını daşla əzərəm...” Və s. və i.a.
Amma alternativ Laçın yolunun istifadəyə verilməsindən sonra Laçın şəhəri kimi Zabux kəndinin də boşaldılaraq Azərbaycan ordusuna təhvil veriləcəyi haqda söhbətlərin intensivləşdiyi ötən ay bu Andranik gördü ki, istər Xankəndindəki xunta, istərsə də İrəvandakı işğalçı dövlətin Zabuxda sülənən haylara sahib çıxmaq fikri yoxdu, başladı tülkülənməyə ki, biz buradan çıxmırıq və Azərbaycanın nəzarəti altında yaşamağa razıyıq...
Bəs bu daşnak və terrorçu Andranikin arxasında durub, hayların “Vardavar”(su çiləşmə) bayramında ona gerçək cangüdənlik edən Putin əsgəri nə demək istəyir? Demək istəyir ki, Laçın şəhəri kimi Zabuxdan da hayların çıxarılmasına imkan verməyəcəyik, onların dalında biz dayanmışıq? Bəli, Kreml, Putin rejimi məhz o fikirdədir. Çünki hələ 2021-ci ilin iyulun sonlarında yaydığımız xəbərdə Rusiya MN-in saytındakı informasiyada “sülhməramlıların Laçında və Zabuxdakı yerli sakinlərə(yəni ermənilərə-S.L.) yardım çatdırması” bildirilmişdi...
Fəqət, Azərbaycan dövləti, Azərbaycan vətəndaşları, illah da Laçın şəhəri və Zabux kəndinin köklü sakinləri olan didərgin soydaşlarımız Putin əsgərinin düşündüyü ilə razılaşacaqmı?..
Xeyr, qətiyyən! Əsla! Tezliklə bu işğalçı əsgərlər Ukraynadan çıxdıqları kimi Qarabağdan, Laçından, Zabuxdan da çıxmalıdırlar ki, o torpaqların əsl sakinləri öz doğma yurdlarında daimi məskunlaşsın...
Əks təqdirdə, yəni biz Putin əsgərinin düşündüyü ilə razılaşıb Laçın şəhəri, Zabux, Sus, Ağanus, Turssu, Kərəvuz, Qarıkaha kəndlərinin Rusiyanın himayəsindəki hayların nəzarətində qalmasıyla barışsaq, Qarabağ, Şuşa, Laçın, Kəlbəcər gec-tez yenidən işğal olunacaq...
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
2-08-2023, 11:05
İlham Əliyev Qarabağ ermənilərinə xilas yolunu GÖSTƏRDİ
22-09-2021, 15:20
ABŞ-la Rusiya Baş Qərargah rəisləri Helsinkidə görüşdü
20-04-2022, 17:26
Hava şəraiti kəskin pisləşəcək: Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
29-09-2023, 16:42
Prezident antiterror əməliyyatından DANIŞDI
11-02-2022, 22:28
Türkiyədə jurnalistə 12 il 10 aya qədər həbs cəzası istənildi
12-05-2023, 16:44
Kişinyov görüşü müsbət nəticə verə bilər - Mirzoyanın müavini
17-06-2020, 17:05
Əli Həsənovun ailəsinə məxsus şirkətlərin vergi borcu var - SİYAHI
14-03-2023, 10:22
Separatçılar Bakı ilə danışıqlardan imtina edirlər?