Bu ilin I yarısında Azərbaycan 13 min 554 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Qarabaginfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 94 milyon 600 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 45 ton (0,3 %), dəyər baxımından isə 23 milyon 556 min ABŞ dolları (33,1 %) çoxdur.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.