Tarix: 22-07-2022 | Saat: 11:56
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.
Qarabaginfo.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.
Bununla da, qurumun baş direktorlarınımn sayı 7-yə çatıb.
G.Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlamış, 2012-ci ilin yanvar-avqust aylarında bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb, bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.
Digər xəbərlər