2024-2025-ci məhsul ili üzrə qlobal buğda istehsalının 796 milyon ton olacağı proqnozlaşdırılır.
Qarabaginfo.az bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin hesabatında bildirilir.
Məlumat ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 12 İyul 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Mərkəzin məlumatına görə, qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 1.5% azalacağı və 257 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
2024-cü ilin iyun ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 10.2 faiz azalaraq 230 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.6% azalaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.