Saytımızı qiymətləndirin


 
 

KİV: Rusiya rəsmiləri girovların azad edilməsi üzrə razılaşmanı müzakirə etmək üçün İsrailə gedib
Tarix: 24-10-2024 | Saat: 19:52
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Rusiya rəsmiləri girovların azad edilməsi üzrə razılaşmanı müzakirə etmək üçün İsrailə gedib

Rusiyanın yüksək rütbəli nümayəndə heyəti İsrail tərəfi ilə HAMAS-la Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair sazişin bağlanması perspektivlərini müzakirə etmək üçün Tel-Əvivə gedib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Bununla yanaşı, Rusiya tərəfindən nümayəndə heyətinə kimlərin daxil olduğu açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya Prezidentinin Yaxın Şərq və Afrika regionu üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanovun Moskvada HAMAS-ın Siyasi Bürosunun rəhbərinin müavini Musa Abu Marzuk ilə Qəzzadakı vəziyyəti müzakirə etdiyini açıqlayıb. Rusiya tərəfinin əsas diqqəti aralarında bu ölkənin də vətəndaşlarının olduğu girovların azadlığa buraxılmasına yönəltdiyi bildirilib.



Xəbəri paylaş

26 dəfə oxunub.

Digər xəbərlər