Saytımızı qiymətləndirin


 
 

Qarabağ “Elektron su xəritəsi” hazırlanıb"
Tarix: 24-12-2022 | Saat: 12:54
Bölmə:Karusel | çapa göndər

Qarabağ “Elektron su xəritəsi” hazırlanıb

 

"Azad edilmiş rayonların Baş Planlarının hazırlanması məqsədilə uçuş aparatları vasitəsilə 240 kvadrat kilometr ərazidə çəkilişlər aparılıb, müxtəlif miqyaslı topoxəritələr və “Elektron su xəritəsi” hazırlanıb".

 

Qarabaginfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”na həsr olunmuş konfransda bildirib.

 

M.Babayev qeyd edib ki, “Qarabağın təbii ehtiyatlar atlası” tərtib olunub, digər zəruri topoqrafik işlər görülüb.

 

Nazirin sözlərinə görə,  iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala olan tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işləri, yataqların istismara cəlb olunması aktual məsələlərdəndir:

 

"Odur ki, tikinti-quruculuq işləri nəzərdə tutulan hər bir rayon üzrə infrastruktur layihələrinin icrasını sürətləndirmək və yer təki istismara verilməsi üçün normativ hüquqi aktlarda dəyişikliklər edilib".



Xəbəri paylaş

115 dəfə oxunub.

Digər xəbərlər