Saytımızı qiymətləndirin
Zakir Həsənov döyüş fəaliyyətlərinin aparılmasına hazır olmağı tapşırıb
Tarix: 02-05-2020 | Saat: 12:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər
446 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-05-2020 | Saat: 12:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Mayın 2-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.
Qarabaginfo.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə naziri çıxışında xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən vaxtında və effektiv verilən göstərişlər sayəsində koronavirus infeksiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısı alınıb. O, bildirib ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan Ordusunun şəxsi heyəti və mülki personalı arasında bu infeksiyaya yoluxma halları qeydə alınmayıb.
Müdafiə naziri ordu rəhbərliyinin diqqətini son zamanlar düşmənin təxribat hərəkətlərinin aktivləşməsi ilə döyüş fəaliyyətlərinin yenidən başlanması ehtimalının kəskin artmasına yönəldib. Nazir tərəfindən ön xətdə və düşmən müdafiəsinin dərinliyində kəşfiyyatın bütün növlərinin gücləndirilməsi, döyüşə hazırolma planlarının dəqiqləşdirilməsi, qoşunların hərtərəfli təminatı, həmçinin intensiv dərslərin, məşqlərin və təlimlərin keçirilməsinə dair konkret tapşırıqlar verilib.
Müdafiə naziri bütün səviyyələrdən olan komandirlərdən düşmənin müxtəlif təxribatlarının qarşısının alınması, cəbhənin bütün istiqamətlərində onun aktivləşməsinə qətiyyətlə yol verilməməsi və döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalarını tələb edib.
Müdafiə naziri faşizm üzərində qələbənin 75-ci ildönümü və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bayram tədbirlərinin yüksək səviyyədə keçirilməsini tapşırıb.
Müşavirənin sonunda Müdafiə naziri silah, hərbi və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə, şəxsi heyətin yay geyim formasına keçirilməsi, eləcə də hərbi qulluqçuların sağlamlığına tibbi nəzarətin gücləndirilməsi və onların təhlükəsizliyinin təmin olunması barədə müvafiq tapşırıqlar verib.

19-11-2025, 15:02
Kavelaşvili: Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhü alqışlayır
13-08-2025, 07:35
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoydular
21-04-2025, 14:49
Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib
3-10-2024, 16:48
Lavrovun müavini: Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
20-05-2022, 15:58
Əsədov sərhədlərin delimitasiyasından danışdı
7-01-2022, 18:48
ŞƏT Qazaxıstana kömək etməyə hazır olduğunu açıqlayıb
30-09-2020, 10:54
MN: Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur
13-07-2024, 09:51
Bu məktəbdə yoxlamalar aparıldı - Direktor işdən çıxarıldı
Bu gün, 10:08“İran hazırda ABŞ ilə danışıqlar aparır”
Bu gün, 09:40Tramp: İran ABŞ ilə ciddi danışıqlar aparır
Dünən, 00:27Prezidentin qızı “Azərbaycan otağı”nda - Fotolar
30-01-2026, 23:44Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb
30-01-2026, 23:21İrana hücum hazırlığı bitdi: Bir azdan "sükut" pozulacaq
30-01-2026, 23:20Kadırov “düşməni” Süleyman Kərimovu “qardaş” adlandırdı
30-01-2026, 22:58Tehranda sığınacaqlar və xəbərdarlıq sistemləri yaradılacaq
30-01-2026, 22:568 ay Yardımlıya, 5 il Lənkərana, 16 il Qaradağa... - Dosye
30-01-2026, 22:48Baltik ölkələri birgə hərbi hərəkətlilik sahəsində razılığa gəliblər
30-01-2026, 22:45Naxçıvanın Ali Məclisində yeni komissiyalar yaradılacaq
30-01-2026, 17:36İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 17:31Zaxarovadan “Tramp yolu” açıqlaması: Hazırıq!
30-01-2026, 17:12“Qurtuluş”un əsl sahibi o imiş
30-01-2026, 17:0810 gəncə Prezident mükafatı verildi - Siyahı
30-01-2026, 16:59ABŞ cəmi 4 hədəfi vurmaqla İranı iflic edə bilər
30-01-2026, 16:55Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşüb

" style="width: 670px; height: 340px;">