Saytımızı qiymətləndirin


 
 

Gürcüstan ombudsmanı Rusiyameylli partiyanın ləğvi ilə bağlı konstitusiya iddiası hazırlayıb
Tarix: 05-07-2022 | Saat: 16:24
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan ombudsmanı Mixail Saakaşviliyə baş çəkdi | KONKRET

Gürcüstan ombudsmanı Nino Lomcariya ölkədə fəaliyyət göstərən Rusiyameylli “Mühafizəkar hərəkat” partiyasının ləğvini tələb edir.

Qarabaginfo.az xəbər verir ki, xalq müdafiəçisi bununla bağlı konstitusiya iddiası hazırlayıb.

Ombudsman Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ olmadığından iddianın qaldırılmasını bu hüquqa malik səlahiyyətli subyektlərə təklif etmək niyyətindədir.

N.Lomcariya məhkəmənin iddia ilə bağlı işə baxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Gürcüstan ictimaiyyəti “Mühafizəkar hərəkat” partiyasının fəaliyyətinə qarşı etirazlara başlayıb. Bu səbəbdən siyasi təşkialtın ölkə üzrə bir neçə ofisi bağlanmağa məcbur olub.

Təsisçisi “Alt-İnfo” onlayn media resursu olan “Mühafizəkar hərəkat” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər