Saytımızı qiymətləndirin


 
 

Təhsil İnstitutu repetitorluğu ortaya çıxaran əsas səbəbləri açıqlayıb
Tarix: 09-06-2022 | Saat: 18:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Təhsil İnstitutu repetitorluğu ortaya çıxaran əsas səbəbləri açıqlayıb

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov alternativ təhsili (repetitorluq) ortaya çıxaran əsas səbəbləri açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, Rüfət Əzizov deyib ki, bu, bir az buraxılış imtahanlarının dizaynı, ora düşən suallarla bağlıdır:

"Biz bunun müəyyən qədər dəyişdirilməsini istəyirik. Məsələn, IV siniflərin monitorinq imtahanlarında qrammatika yox idi. Sadəcə mətnləri oxuyub-anlamaq və buna cavab vermək tələb olunurdu. Mətni oxuyub cavab vermək daha vacibdir, nəinki hansısa qrammatik qaydanı əzbərləmək. Təhsilin məzmununda bu dəyişikliklər olsa, repetitorluğa tələb get-gedə azalacaq. Artıq proses başlayıb. Repetitorluqla birbaşa mübarizə aparmaq mümkün deyil. Uzun da olsa, çətin də olsa, bunun yolu qiymətləndirməni, təhsilin məzmununu dəyişdirməkdir".



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər