Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası (KTMT PA) Şurasının iclası keçiriləcək. 

Qarabaginfo.az xəbər verir ki, iclasa KTMT Parlament Assambleyasının sədri, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sədrlik edəcək.

Qeyd edək ki, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan KTMT-nin üzvləridir.

İclas çərçivəsində KTMT-yə üzv dövlətlərin parlament sədrləri ilə görüşlər nəzərdə tutulub.