Saytımızı qiymətləndirin


 
 

Ermənistan gələn ildən Aİ-yə güzəştli şərtlərlə məhsul ixrac edə bilməyəcək
Tarix: 24-12-2021 | Saat: 17:34
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan gələn ildən Aİ-yə güzəştli şərtlərlə məhsul ixrac edə bilməyəcək

Ermənistan Aİ-nin Ümumi Preferensiya Sistemindən çıxarılıb

2022-ci il yanvarın 1-dən etibarən Ermənistan məhsulları güzəştli şərtlərlə Aİ ölkələrinə ixrac oluna bilməyəcək.

Qarabaginfo.az xəbər verir ki, buna səbəb Ermənistanın Avropa İttifaqının Ümumi Preferensiya Sistemindən (GSP+) çıxarılmasıdır.

Bu sistemə əsasən, 2009-cu ildən bəri Ermənistan malları Avropa İttifaqına sıfır və ya azaldılmış gömrük rüsumları ilə idxal edilirdi. "Berlin Economics" tədqiqat mərkəzi bildirir ki, GSP+ sistemindən çıxarılması nəticəsində Ermənistanda bir sıra sahələr ziyan görəcək.

Mərkəzin hesablamalarına görə, Ermənistan Aİ-yə ixracının təxminən 20%-ni itirəcək ki, bu da təxminən 114 milyon dollar təşkil edir. Asiya İnkişaf Bankının məlumatına görə, itki 146 milyon dollardan artıq olacaq.(Apa)



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər
10-04-2024, 11:19 Yeni Baş nazir seçildi