Saytımızı qiymətləndirin


 
 

Evlə təmin olunan Vətən Müharibəsi Qəhrəmanlarının SAYI
Tarix: 01-02-2022 | Saat: 12:23
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

"2021-ci ildə mənzillə təminat proqramı 3 il əvvələ nisbətən 5 dəfə genişləndirilib".

 

Qarabaqinfo.az xəbər verir ki, bunu ötən ilin yekunları və qarşıda duran hədəflərə həsr olunan mətbuat konfransında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri Vüqar Behbudov bildirib. Onun sözlərinə görə, ötən il 3000-dək mənzilin verilməsi proqramı icra olunub:

 

“Ümumilikdə isə indiyədək 12100-dən çox şəhid ailəsi və müharibə əlilinə Nazirlik tərəfindən mənzil və fərdi ev təqdim edilib. 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələrinə və bu müharibənin əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına da mənzillər verilib. Bu günədək mənzillə təmin edilən şəxslərdən 83 nəfəri Vətən Müharibəsi Qəhrəmanı, eləcə də şəhid olmuş Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləridir”.

 

Agentlik sədri deyib ki, bununla yanaşı ötən il 271 Çernobıl əlili, 203 dövlət uşaq müəssisələrinin məzunu, 275 nəfər isə gözdən əlilliyi olan şəxs mənzillərlə təmin olunub:

 

“Avtomobil təminatına gəldikdə isə keçən il 144 Vətən müharibəsi əlili minik avtomobili ilə təmin edilib, 20 minik avtomobili isə aidiyyəti üzrə təqdim edilməsi üçün Naxçıvan Muxtar Respublikasına təhvil verilib. Nazirlik tərəfindən paralel olaraq müharibə əlillərinin avtomobillə təminatı da həyata keçirilir. Təkcə 2021-ci ildə 164, ümumilikdə isə ötən dövrdə 7400 avtomobil qeyd olunan kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib” - deyə o, qeyd edib.

 

Qeyd edək ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilməsi nəzərdə tutulub.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər