Saytımızı qiymətləndirin


 
 

Rüstəm Muradov Ukraynada yaralandı - Qardaşı oğlu öldürüldü
Tarix: 23-05-2022 | Saat: 14:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rüstəm Muradov Ukraynada yaralandı - Qardaşı oğlu öldürüldü

 


Ukrayna Silahlı Qüvvələri Qarabağdakı sülhməramlıların keçmiş komandanı, general-leytenant Rüstəm Muradovun qardaşı oğlunu məhv edib.

Qarabaginfo.az Ukraynanın "Baza" "Telegram" kanalına istinadla xəbər verir ki, generalın özü müharibədə yaralanıb.

Xatırladaq ki, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub və yanvarın əvvəlində o, Ukrayna ilə sərhədə aparılıb. Aprelin sonunda Salman döyüşlər zamanı həlak olub. General-leytenant Muradovun həmən vaxt yaralı halda xəstəxanada olub

Xatırladaq ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağdakı rusiyalı sülhməramlılara komandirlik edib. 



Xəbəri paylaş

256 dəfə oxunub.

Digər xəbərlər