Saytımızı qiymətləndirin


 
 

İsveçin PKK-ya daha bir yardımı: 400 terrorçunu...
Tarix: 21-05-2022 | Saat: 11:22
Bölmə:Karusel / Dünya | çapa göndər

İsveçin 2013-2022-ci illər arasında PKK terror təşkilatının 400 üzvünü ölkədə müalicə etdirdiyi ortaya çıxıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

“İraq və Suriyada yaralanan terrorçuların daşınması və müalicə prosesləri PKK-ya bağlı “İsveç Demokratik Kürd İcma Mərkəzi” tərəfindən təmin edilir. İsveçin XİN rəhbərliyi də PKK-nın Suriya qolunun liderlərindən İlham Əhməd və Nəsrin Abdullahla görüşərək müalicə ilə bağlı təminat da verib.

Türkiyə ordusunun Afrin, Tel Abyad və Ras əl-Ayn əməliyyatları zamanı 400-dən çox PKK terrorçusunun Beyrut və İraq üzərindən İsveçə keçdiyi məlum olub. Xəsarət alan terrorçulara tibbi müdaxilə ilə yanaşı, protez nəqli və fiziki müalicə kimi dəstəklər də İsveç Səhiyyə Nazirliyi tərəfindən təmin edilib. Bu terrorçuların bir qismi müalicə olunduqdan sonra Suriya və İraqa qayıdaraq yenidən PKK sıralarına qoşulub”, - nəşr yazır.

 



Xəbəri paylaş

225 dəfə oxunub.

Digər xəbərlər