Tarix: 20-04-2026 | Saat: 19:58
Bölmə:Karusel / Təhsil | çapa göndər
Direktorların ixtisas bilikləri yoxlanılacaq.
Bu barədə Qarabaginfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi çərçivəsində, müsabiqənin qaydalarına uyğun olaraq təhsil və staj tələblərini ödəyən, lakin sertifikatlaşdırma, diaqnostik qiymətləndirmə və ya müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi üzrə nəticəsi olmayan və ya müəyyən edilmiş tələblərdən aşağı nəticə göstərən direktorlar, direktor müavinləri, həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar üçün ixtisas biliklərinin yoxlanılması məqsədilə test imtahanı keçiriləcək.
Bildirilib ki, imtahan namizədlərin ixtisas fənlərinə uyğun olaraq 2, 3, 10 və 11 may 2026-cı il tarixlərində təşkil olunacaq.
Qeyd edilib ki, bu istiqamətdə daha əvvəl keçirilmiş imtahana dəvət olunmuş şəxslərin sözügedən imtahanda iştirakı nəzərdə tutulmur.
“Vətəndaşlar 23 aprel 2026-cı il saat 17:00-dək çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil idarəetmə orqanına müraciət edərək imtahanda iştirak üçün qeydiyyatdan keçə bilərlər. Müraciət zamanı şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında sənədin təqdim edilməsi tələb olunur”, - məlumatda deyilir.
Digər xəbərlər
















