Tarix: 15-05-2026 | Saat: 07:58
Bölmə:Karusel / Dünya | çapa göndər
Livan və İsrail nümayəndə heyətlərinin Vaşinqtonda keçirilən üçüncü raund danışıqları başa çatıb.
LBCI telekanalının ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər mayın 18-də başa çatan atəşkəs rejiminin uzadılması şərtlərini müzakirə ediblər.
Məlumata əsasən, görüş zamanı sərhəd problemlərinin tənzimlənməsi mexanizmləri də müzakirə olunub. Danışıqlarda diplomatlar və hərbi ekspertlər iştirak ediblər. Görüşdən sonra mətbuata açıqlama verilməyib.
“Asharq al-Awsat” qəzetinin yazdığına görə, Livan hökuməti İsraillə təhlükəsizlik sahəsində razılaşma əldə etməyə çalışır. Bununla belə, Beyrut hələlik İsraillə münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasına hazır deyil.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının dəstəyi ilə keçirilən görüşlərin ilk raundundan sonra aprelin 17-dən Livanda atəşkəs rejimi tətbiq edilmişdi. Aprelin 23-də keçirilən ikinci raundun yekununda isə atəşkəs daha üç həftə uzadılmışdı.
Digər xəbərlər


















