Tarix: 09-05-2024 | Saat: 14:06
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa Parlamentinin Prezidenti Roberta Metsola Ukraynaya səfər edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk "X" hesabında paylaşım edib.
"Avropa Günündə mən Avropa Parlamentinin Prezidentini Kiyevdə salamlamaqdan məmnunam", - bildirib.
Stefançuk vurğulayıb ki, Avropa Parlamenti Ukraynanı ən çox dəstəkləyən Aİ institutlarından biridir və bu qurum Aİ-də Ukraynanın bloka üzv olmaq üçün namizəd statusunu müdafiə edən ilk qurum olub.
"Azadlıq və Avropa dəyərləri uğrunda mübarizəmizi dəstəkləmək üçün beynəlxalq koalisiya qurmaq, Ukraynaya silah tədarük etmək və Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirmək məsələsində Avropa Parlamenti həmişə güclü söz sahibi olub. Ukrayna isə bunu həmişə yüksək qiymətləndirəcək", Ali Radanın sədri qeyd edib.
Digər xəbərlər