Saytımızı qiymətləndirin


 
 

Tramp İslandiyanı NATO-dan niyə qovmaq istəyib?
Tarix: 06-10-2025 | Saat: 11:06
Bölmə:Karusel / Dünya | çapa göndər

 

ABŞ prezidenti Donald Tramp İslandiyanı Rusiya sualtı qayıqlarını izləmək imkanına görə NATO-dan çıxarmamağa razılaşıb.

Qarabaginfo.az bildirir ki, bu barədə NATO-nun keçmiş baş katibi Yens Stoltenberq “Mənim nəzarətim altında” adlı avtobioqrafik kitabında yazıb. Kitabdan çıxarışlar The Guardian-da dərc olunub.

“İslandiya özünün silahlı qüvvələrinin olmaması səbəbindən NATO-ya üzvlük üçün maliyyə töhfəsi tələblərinə cavab vermirdi. Müzakirələr zamanı bu məsələ qaldırıldı. Tramp İslandiyanın Alyansa necə faydalı ola biləcəyi ilə maraqlandı”, – Stoltenberq bildirib.

Pentaqonun keçmiş katibi Ceyms Mettis “İslandiya Rusiya sualtı qayıqlarını izləmək üçün faydalıdır” -deyə cavab verib. NATO-nun keçmiş baş katibi deyib ki, bəzi fikirlərdən sonra Tramp ABŞ-ın “İslandiyanın üzv dövlət olaraq qalmasına icazə verəcəyini” deyib.

Bundan başqa, Stoltenberq 2018-ci ildə ABŞ prezidenti Donald Trampın müttəfiq ölkələrin müdafiə xərclərinin aşağı olmasına qəzəblənməsi səbəbindən alyansın az qala dağılacağını xatırladıb.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər