Saytımızı qiymətləndirin


 
 

Etirazçılar Tbilisidə inzibati binalara ciddi ziyan vurub
Tarix: 09-03-2023 | Saat: 13:34
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Etirazçılar Tbilisidə inzibati binalara ciddi ziyan vurub

 

Tbilisidə martın 8-də başlayan etiraz aksiyası martın 9-u səhər saatlarınadək davam edib.

 

Qarabaqinfo.az xəbər verir ki, Tbilisidə parlamentin binası qarşısında yenidən qarşıdurma yaranıb.

 

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, parlament binası yaxınlığında və Rustaveli prospektində mitinq iştirakçılarının etiraz aksiyası tədricən son dərəcə şiddətli xarakter alıb.

 

Rustaveli prospektinə toplaşan insanlar polisə hücum ediblər. Hüquq mühafizə orqanları əməkdaşlarına “Molotov kokteyli”, daş, taxta parçaları və digər əşyalar atılıb. Nəticədə bir neçə polis avtomobilinə ziyan dəyib, bir neçə maşın aşırdılıb və yandırılıb. Xüsusi Təyinatlılar İdarəsinin avtobusuna, yanğınsöndürən maşınına, Rustaveli prospektində yerləşən binaların fasadlarına ziyan dəyib, mağazanın şüşələri sındırılıb. Tbilisi meriyası xidmətlərinə məxsus maddi əmlaka da ziyan vurulub. Aksiya iştirakçıları gecə boyu müxtəlif yerlərdə ictimai asayişi kobud şəkildə pozaraq polis əməkdaşlarına müqavimət göstəriblər.

 

İğtişaşlar nəticəsində Daxili İşlər Nazirliyinin 10-a yaxın əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Vətəndaşlar arasında da yaralananlar olub.

 

Gürcüstan parlamentinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı baş vermiş qanun pozuntuları və zorakılıq hadisələri ilə bağlı araşdırmalar başlayıb.

 

Xatırladaq ki, Tbilisidə parlamentin “Xarici təsir agentləri” haqqında qanun layihəsini müzakirəyə çıxarmasından sonra kütləvi etiraz aksiyaları başlayıb. Martın 8-də və 9-da gecə saatlarında aksiya zorakılıq hərəkətləri ilə müşayiət olunub. Polis aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Müxalifət nümayəndələri şəhərin müxtəlif hissələrində asayişi pozmağa cəhd göstəriblər.

 


Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər