Saytımızı qiymətləndirin


 
 

Qobustanda yanacaqdaşıyan maşınla toqquşma - Partlayışda ölən var
Tarix: 03-01-2023 | Saat: 11:13
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qobustanda yanacaqdaşıyan maşınla toqquşma - Partlayışda ölən var - FOTO

Bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində qəza baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə zamanı yanacaqdaşıyan maşınla "Kamaz" toqquşub və daha bir neçə maşın zərər çəkib. Yoldan keçən bir neçə avtomobil yanıb, 1 nəfər ölüb.

Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.











 



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər