Saytımızı qiymətləndirin


 
 

Bir sıra ölkələrdən ət və quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
Tarix: 10-05-2022 | Saat: 17:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Malayziyanın Perlis, Perak, Saravak və Kedah ştatlarında dabaq, Bolqarıstanın Pleven vilayətində, Fransaın Overn-Rona-Alplar regionunda, Kanadanın Manitoba və Nyu-Brunsvik əyalətlərində və İslandiyanın Südürland regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Malayziyanın Perlis, Perak, Saravak və Kedah ştatlarından diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Bolqarıstanın Pleven vilayətindən, Fransanın Overn-Rona-Alplar regionundan, Kanadanın Manitoba və Nyu-Brunsvik əyalətlərindən və İslandiyanın Südürland regionundan OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Malayziyadan, Bolqarıstandan, Fransadan, Kanadadan və İslandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.



Xəbəri paylaş

225 dəfə oxunub.

Digər xəbərlər