Saytımızı qiymətləndirin


 
 

İrəvanda vəziyyət gərginləşir: “Bütün şəhər iflic olacaq” - VİDEO
Tarix: 06-05-2022 | Saat: 13:39
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda yenidən etiraz aksiyaları başlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxtın Fransa meydanında toplaşıb, daha sonra 4 istiqamətdə yürüşə keçiblər.

 

“Bütün şəhəri iflic etməliyik. Yürüşlər geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”, - deyə Ermənistan parlamentinin vitse-spikeri, müxalifət lideri İşxan Saqatelyan bildirib.

 

O, xalqı hakimiyyət qüvvələrinə qarşı dirəniş göstərməyə və geri çəkilməməyə çağırıb. 

 

Qeyd edək ki, müxalifət aprelin 25-dən Ermənistanda etiraz aksiyaları keçirir. Narazılığa səbəb Baş nazir Paşinyanın bəyanatları olub. Belə ki, müxalifət qüvvələri hökumət başçısını “Qarabağı təslim etmək” niyyətində ittiham edib və onu istefaya çağırıb

 



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər