Ana Sayfa > Karusel / Region > İrəvanda vəziyyət gərginləşir: “Bütün şəhər iflic olacaq” - VİDEO
İrəvanda vəziyyət gərginləşir: “Bütün şəhər iflic olacaq” - VİDEO6-05-2022, 13:39. Yazar: Admin |
Ermənistanda yenidən etiraz aksiyaları başlayıb.
Qarabaqinfo.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxtın Fransa meydanında toplaşıb, daha sonra 4 istiqamətdə yürüşə keçiblər.
“Bütün şəhəri iflic etməliyik. Yürüşlər geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”, - deyə Ermənistan parlamentinin vitse-spikeri, müxalifət lideri İşxan Saqatelyan bildirib.
O, xalqı hakimiyyət qüvvələrinə qarşı dirəniş göstərməyə və geri çəkilməməyə çağırıb.
Qeyd edək ki, müxalifət aprelin 25-dən Ermənistanda etiraz aksiyaları keçirir. Narazılığa səbəb Baş nazir Paşinyanın bəyanatları olub. Belə ki, müxalifət qüvvələri hökumət başçısını “Qarabağı təslim etmək” niyyətində ittiham edib və onu istefaya çağırıb
Geri dön |