
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nəbizya ABŞ tərəfindən irəli sürülən və Təhlükəsizlik Şurasında qəbul edilən Qəzza ilə bağlı sənəd barədə ciddi narahatlıq ifadə edib. O deyib ki, bu sənədin məzmunu gələcəkdə bölgədə özbaşına addımların əsaslandırılması üçün vasitəyə çevrilməməlidir.
Diplomat bildirib ki, sənədin tətbiqi zamanı Vaşinqton və Təl-Əvivin işğal olunmuş Fələstin torpaqlarında sərbəst şəkildə hər hansı addım atmasına şərait yaranacağı ehtimalı mövcuddur. Onun sözlərinə görə, əsas hədəf bu sənədin siyasi məqsədlər üçün “örtük” kimi istifadəsinin qarşısını almaqdır.
Nəbizya çıxışı zamanı vurğulayıb ki, sənədin yanlış şəkildə tətbiqi iki dövlətin yaradılması ideyasının gələcəyinə mənfi təsir göstərə bilər. O qeyd edib ki, bölgədə sabitliyin qorunması üçün beynəlxalq hüquqa əsaslanan yanaşma dəyişməz qalmalıdır və birtərəfli qərarların verilməsi qəbuledilməzdir.
Rusiyalı diplomat bildirib ki, Fələstin məsələsinin ədalətli həlli yalnız beynəlxalq hüquq normalarına uyğun şəkildə, bütün tərəflərin maraqları nəzərə alınmaqla mümkündür. Azpost.az xəbər verir ki, Nəbizya Təhlükəsizlik Şurasının üzvlərini sənədin icrasına nəzarəti gücləndirməyə çağırıb və bölgədə yeni gərginlik dalğasının yaranmaması üçün diqqətli olmağa səsləyib.













%20(4):1200.jpg)