Saytımızı qiymətləndirin


 
 

"Prezident kuboku-2022"də iştirak edəcək daha bir komanda Bakıya gəlib
Tarix: 04-05-2022 | Saat: 23:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident kuboku-2022də iştirak edəcək daha bir komanda Bakıya gəlib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasında iştirak edəcək Moldova komandası Bakıya gəlib.

Qarabaginfo.az-ın məlumatına görə, axşam saatlarında Azərbaycan paytaxtına təşrif buyuran qonaqlar Heydər Əliyev adına beynəlxalq aeroportunda qarşılanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının nümayəndələri Moldova komandasını salamlayıb və onlara yarış haqqında məlumat verib. Daha sonra könüllülərdən ibarət qrup idmançılara xüsusi hədiyyələr təqdim edib.

Qeyd edək ki, Moldova “Prezident kuboku”nda 2 idmançı ilə təmsil olunacaq. 2 gün davam edəcək reqata mayın 6-sı Suqovuşanda start götürəcək. İlk gündə kayak və kanoe üzrə qaliblər müəyyənləşəcək. Mayın 7-də isə idmançılar Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman mərkəzində akademik avarçəkmə üzrə mübarizə aparacaq. “Prezident kuboku”na Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.



Xəbəri paylaş

1224 dəfə oxunub.

Digər xəbərlər