Saytımızı qiymətləndirin


 
 

Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib
Tarix: 30-01-2022 | Saat: 09:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib

Böyük Britaniya Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müdafiə silahlarının ötürülməsi imkanlarını nəzərdən keçirir.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin mətbuat xidməti bildirib.

"Baş nazir NATO-nun bütün mümkün yardımını nəzərdən keçirir və müttəfiqlərini qorumaq üçün Böyük Britaniya ordusunu gücləndirməyə çalışır. Böyük Britaniya qoşunlarının sayını iki dəfə artırmağı və Estoniyaya müdafiə silahları göndərməyi nəzərdən keçirir. NATO üzrə müttəfiqə reaktiv təyyarələr, döyüş gəmiləri və hərbi mütəxəssislər göndərilə bilər”, - xəbərdə deyilir.

Qeyd olunur ki, Britaniya nümayəndələri gələn həftə Brüsseldə NATO nümayəndələri ilə təklifin yekun detallarını razılaşdıracaq, nazirlər bazar ertəsi hərbi variantları müzakirə edəcəklər.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər