Saytımızı qiymətləndirin


 
 

Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Tarix: 23-11-2020 | Saat: 19:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb

Azərbaycan Hərbi Prokurorluğu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohayana daha bir maddə ilə ittiham verib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ohanyan Seyran Muşeqoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və məlum olduğu kimi təqdimat təmin edilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilib. APA



Xəbəri paylaş

344 dəfə oxunub.

Digər xəbərlər