Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
A. Mirzoyan Ermənistan-Amerika Strateji Dialoqu sessiyasında iştirak etmək üçün mayın 2-dən 6-dək ABŞ-da olacaq.
XİN rəhbərinin Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slott və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.