Saytımızı qiymətləndirin


 
 

“Kanal S.az”ın əməkdaşları saxlanılıb
Tarix: 25-02-2022 | Saat: 10:47
Bölmə:Karusel / Kriminal | çapa göndər

Şəmkirdə polis əməliyyatı: 12 nəfərdən ibarət 3 dəstə üzvləri saxlanılıb - FOTOLAR

Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıblar.


Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilib.

 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbəri paylaş

240 dəfə oxunub.

Digər xəbərlər