Tarix: 06-12-2017 | Saat: 18:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Xələf Xələfov: Xəzərdəki mübahisəli yataqlarla bağlı beynəlxalq qaydalar tətbiq oluna bilər
"Qarabaginfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq.
Bu sözləri xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupun Azərbaycandan olan üzvü Xələf Xələfov jurnalistlərə deyib.
“Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar”, - deyə nazir müavini əlavə edib.
Digər xəbərlər