Saytımızı qiymətləndirin


 
 

Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib
Tarix: 24-08-2021 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib

 

Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan keçmiş kürəkəni Elnur Mövlanov həbs edilib. 

Qarabaginfo.az xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə baxılır. Bir müddət əvvəl həbs olunan 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə bu gün də növbəti məhkəmə iclası baş tutub. 

Bugünkü iclasa A. Qasımovun ailə üzvləri gəlmədiyi üçün proses sentyabrın 30-na təxirə salınıb.

Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova və xanımıdır.

O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur.

Xatırladaq ki, F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər
18-01-2018, 15:36 Bakıda banka basqın olub