Ana Sayfa > Karusel / Region > Ararat Mirzoyan ABŞ-a gedir

Ararat Mirzoyan ABŞ-a gedir


2-05-2022, 11:52. Yazar: Admin

Ararat Mirzoyan Türkiyəyə nə zaman gedəcəyindən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

A. Mirzoyan Ermənistan-Amerika Strateji Dialoqu sessiyasında iştirak etmək üçün mayın 2-dən 6-dək ABŞ-da olacaq.

XİN rəhbərinin Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer, ABŞ Prezidentinin xüsusi köməkçisi Amanda Slott və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulub.


Geri dön