Saytımızı qiymətləndirin


 
 

Aİ Rusiya ilə yanaşı, Belarusa da sanksiyalar tətbiq edə bilər
Tarix: 30-04-2022 | Saat: 22:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

У Лукашенко бурно отреагировали на санкции, указав, что на самом деле скрывается за новыми ограничениями - | Диалог.UA

Avropa İttifaqı ölkələri ilin sonuna qədər Rusiya neftinin idxalını dayandırmaq niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketinə daxil ediləcək yeni məhdudiyyətlərlə bağlı qərar gələn həftə verilə bilər. O vaxta qədər Aİ tədricən məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Bununla belə, iddia edilən məhdudiyyətlər hələ formal olaraq təklif edilməyib və dəyişdirilə bilər.

Aİ, həmçinin Rusiya və Belarusdan daha çox bankın, o cümlədən "Sberbank"ın SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarılmasını tələb edəcək.

Hərbçilərə, sahibkarlara və onlarla əlaqəli şəxslərə qarşı da şəxsi sanksiyalar tətbiq edilə bilər. Bəzi mənbələrə görə, Aİ ölkələri dəniz ticarəti və limanlar üzrə mövcud məhdudiyyətləri sərtləşdirməyə çalışırlar.



Xəbəri paylaş

1415 dəfə oxunub.

Digər xəbərlər