Tarix: 31-10-2023 | Saat: 10:23
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan mətbuatı yazır ki, prezident Vaaqn Xaçaturyan nəhayət təbrik və başsağlığı mesajlarından başqa, Ermənistanın daxili məsələləri ilə də maraqlanmaq qərarına gəlib.
Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vaaqn Xaçaturyanın sabah Zəngəzur bölgəsinə üç günlük səfər edəcəyi bildirilib. Məlumata görə, prezident bölgədəki bütün əsas icmalara baş çəkəcək, regional hökumət və icma rəhbərləri ilə görüşəcək. Prezident bölgənin problemləri ilə tanış olmaq istəyir.
“Hraparak”ın məlumatına görə, son zamanlar ölkə siyasi rəhbərliyinin Zəngəzura “marağı” yerli əhali arasında müəyyən gərginlik yaradıb. Bəziləri isə istisna etmir ki, bəlkə də geosiyasi mərkəzlərin diqqətinə düşən Zəngəzur dəhlizi ilə bağlı mühüm hadisələr gözlənilir və diqqətin əsas səbəbi də budur.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan da ötən şənbə günü Zəngəzurda olub.
Digər xəbərlər