Saytımızı qiymətləndirin


 
 

Canlı efirdə dəhşətli ETİRAFLAR: “Türkləri öldürəndə prezidentimiz çox sevindi”
Tarix: 27-05-2022 | Saat: 10:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yunanların yaratdığı EOKA terror təşkilatının iki nümayəndəsi televiziya kanalının canlı efirində günahsız türkləri öldürdüklərini etiraf edib.

 

Terrorçular Kipr yunanlarının ən çox baxılan televiziya kanalı olan “Omega”da çıxış ediblər.

 

Təxminən 80 yaşlarında olan Neoptolemos Leftis Və Athos Petridis 1964-cü ildən başlayaraq türkləri müxtəlif vaxtlarda güllələyib, sonra onları şişlə vuraraq öldürdüklərini etiraf ediblər.

 

“Biz təxminən 500 nəfərlik bir qüvvə idik. Bizə əmr gəldi ki, hər yunan canı üçün 10 türk öldürək. Elə də oldu, indi məndən öldürdüyümüz 68 türkü, onların dəfn yerlərini soruşurlar. Onları haradan tapacaqsınız, üstündən çox vaxt keçib”.

 

Athos Petridis isə törətdikləri bəzi cinayətləri təfərrüatı ilə belə izah edib:
 

“Biz Eylens kəndinin yaxınlığında yolda idik və yoldan keçən maşınları saxlayırdıq. Türklər böyük maşınlarda, avtobuslarda gedirdilər. Biz türkləri maşınlara mindirib, əvvəlcə pullarını alırdıq. Sonra güllələyib, şişlədikdən sonra çuxurlara atırdıq. Arxiyepiskop (o vaxt Yunanıstanın dövlət başçısı) bizim etdiklərimizi eşidəndə çox sevindi”.



Xəbəri paylaş

210 dəfə oxunub.

Digər xəbərlər