Saytımızı qiymətləndirin


 
 

Parad niyə 10 dekabra təyin edildi?
Tarix: 08-12-2020 | Saat: 13:54
Bölmə:Karusel / Gündəm | çapa göndər



Qələbə paradının 10 dekabra təyin olunması ilə bağlı jurnalist Cəmil Məmmədli maraqlı versiya səsləndirib.

Qarabaginfo.az xəbər verir ki, jurnalist 10 dekabr tarixinin ermənilər üçün əlamətdar gün olduğunu deyib.

Onun sözlərinə görə, 10 dekabr 1991-ci ildə qondarma Dağlıq Qarabağ Rsspubikasının yaradılması ilə bağlı referendum keçirilib: 

"10 dekabr 1988- ci il – Masis rayonu ərazisindəki azərbaycanlıların sonuncu karvanı sovet sərhədçilərinin müşayiəti ilə minillik ata-baba yurdlarını tərk edərək sərhədboyu yollarla Naxçıvan tərəfə istiqamətlənirlər. Həmin gün Ermənistan "Türklərsiz Respublika” elan olunur.

10 dekabr 1991-ci il - Dağlıq Qarabağ erməniləri "Dağlıq Qarabağ Respublikasının müstəqilliyinə dair referendum” keçiriblər. Onlar referendumda müstəqilliyə səs verirlər. Bu referendumda azərbaycanlılar demək olar ki, iştirak etmirlər.

Azərbaycan dünya ermənilərinin hər il xüsusi qeyd etdiyi bu gündə Zəfər paradı keçirməklə, başda ermənilər olmaqla, kimlərə hansı mesajı vermiş olur, bu da bir başqa mövzudur”. Versiya.az

 



Xəbəri paylaş

352 dəfə oxunub.

Digər xəbərlər