Saytımızı qiymətləndirin


 
 

“Space” TV energetik içki reklamına görə cəzalandırıldı
Tarix: 27-04-2022 | Saat: 17:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

 

Bu barədə Qarabaginfo.az-a Şuradan bildirilib.

 

İclasda 15–25 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

 

“Space” televiziya yayımçısının efirində 23 aprel 2022-ci il tarixdə saat 17.47-18.23 arası “Balaca qurmanlar” adlı uşaqlar üçün proqramın yayımı zamanı yerləşdirilən reklam blokunda energetik içkiyə aid çarx nümayiş etdirildiyinə görə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1.8-ci maddəsinin tələblərinin pozulması faktı qeydə alınıb.

 

Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası “Space” televiziya yayımçısının proqramlarının yayımının 05 may 2022-ci il tarixdə saat 08.00-dan 11.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.



Xəbəri paylaş

276 dəfə oxunub.

Digər xəbərlər