Saytımızı qiymətləndirin


 
 

Bakıda MilliÖN terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı
Tarix: 16-04-2021 | Saat: 15:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda MilliÖN terminallarında yeni əsginaslarla ödəniş prosesi yekunlaşdı

 

Dövriyyəyə buraxılmış yeni əsginasların ödəniş terminallarında qəbulu ilə bağlı istifadəçilərin qarşılaşdığı çətinliklərlə əlaqədar olaraq son günlərdə mətbuatda xəbərlər öz əksini tapır. Məlumat üçün bildirmək istəyirik ki, əhalinin rahatlığı və maliyyə xidmətlərinin hər kəs üçün əlçatan olması yönündə daim fəaliyyət göstərən Komtec şirkəti MilliÖN terminallarında yeni əsginasların qəbulu üçün işlərini dayanmadan davam etdirir.

Əhalinin daha sıx yaşadığı bölgələrdə bu proses artıq tamamlanıb və Bakı, Sumqayıt və Abşeron rayon ərazisində bütün MilliÖN terminallarında yeni əsginaslarla ödəniş etmək mümkündür. Digər rayonlarımızda isə proses davam etdirilir və bəzi rayonlarda tam, bəzilərində isə qismən tamamlanıb. Prosesin qısa zamanda tam olaraq bitirilməsi planlaşdırılır.

MilliÖN markası bazarda ən çox tanınan ödəniş brendi olduğu üçün bəzi hallarda digər terminallarda yaranan çatışmamazlıqlar MilliÖN terminalları ilə assosasiya olunur.

“Milli ödəmə nöqtəsi” devizi altında öz fəaliyyətini genişləndirən MilliÖN ödəmə terminalları şəbəkəsinin operatoru olan Komtec şirkəti əhalinin ödəniş xidmətlərinə əlçatanlığını daha da artırmaq məqsədi ilə günü gündən bütün rayon və kəndlərdə təmsil olunmağı prioritet istiqamət olaraq müəyyən etmişdir.



Xəbəri paylaş

1339 dəfə oxunub.

Digər xəbərlər