Saytımızı qiymətləndirin


 
 

Avstraliya “qırmızı cizgi”sini açıqlayıb
Tarix: 24-04-2022 | Saat: 18:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avstraliya “qırmızı cizgi”sini açıqlayıb

Avstraliya Baş naziri Skott Morrison Çinin Solomon adalarında hərbi baza yaratmasının Kanberra və Vaşinqton üçün “qırmızı cizgi” olacağını bəyan edib.

Qarabaginfo.az-ın “RİA Novosti“ agentliyinə istinadən verdiyi xəbərə görə, aprelin 19-da Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Pekinin Solomon adalarının hakimiyyəti ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair çərçivə sazişi imzaladığını açıqlayıb.

S. Morrison deyib ki, Avstraliya tərəfdaşları - Yeni Zelandiya və ABŞ-la birgə çalışır, Kanberra və Vaşinqton Solomon adalarında Çinin hərbi baza yaratmasını “qırmızı cizgi”ləri sayır. Onun sözlərinə görə, Fici və Papua - Yeni Qvineya da Avstraliyanın narahatlığını bölüşür. Baş nazir Çinin bu “qırmızı cizgi”ni keçəcəyi halda Avstraliyanın necə reaksiya verəcəyi barədə sualı isə cavablandırmaqdan yayınıb. Qeyd edib ki, Solomon adalarının hakimiyyəti ərazilərində Çin hərbi bazasının olmayacağını bildirib.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər