Saytımızı qiymətləndirin


 
 

Məhkumların vaksinasiyası ilə bağlı - Açıqlama
Tarix: 15-01-2022 | Saat: 18:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məhkumların vaksinasiyası ilə bağlı

“Ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

O qeyd edib ki, buster dozanın vurulması isə başa çatmaq üzrədir:

“Penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və b. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil edib. Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.

Eyni zamanda buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər”.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər