Tarix: 06-08-2022 | Saat: 09:25
Bölmə:Karusel / Siyasət | çapa göndər
Çin ABŞ-la əlaqələri kəsməklə bütün dünya üçün problem yaradır.
Qarabaginfo.az "The Independent"ə istinadən xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bu addımı "məsuliyyətsiz" adlandırıb.
Ağ Ev rəsmisi qeyd edib ki, Çin ABŞ ilə əlaqəni kəsməklə bütün dünya üçün problem yaradır. Axı iqlim dəyişikliyi heç bir coğrafi sərhəd tanımır.
"Dünyanın ən böyük istixana qazı çirkləndiricisi hazırda iqlim böhranını aradan qaldırmaq üçün atmalı olduğu kritik addımları müzakirə etməkdən imtina edir. Bu bizim Sakit okean adalarında suyun səviyyəsinin yüksəlməsindən Avropadakı meşə yanğınlarına qədər tərəfdaşlarımıza zərbə vurur", - Kirbi bildirib.
Çin daha əvvəl ABŞ-la bir sıra mühüm məsələlər, xüsusən də iqlim dəyişikliyi üzrə əməkdaşlığı dayandırdığını açıqlayıb.
Digər xəbərlər