Saytımızı qiymətləndirin


 
 

Qarabağa narkotik daşınmasının qarşını alınıb
Tarix: 30-11-2021 | Saat: 11:37
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

"İşğaldan azad edilmiş torpaqlarımızda illərlə narkotik vasitələrin əkilib becərilməsi və daşınması ilə bağlı məlumatımız var. Artıq o torpaqlarda narkotik vasitələrin həm daşınması, həm də əkilib becərilməsinin qarşını alınıb"

 

Qarabaginfo.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən Narkomaniya ilə mübarizə: ailə cəmiyyətin sağlamlığıdır adlı dinləmədə çıxışı zamanı Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

 

Sədrin müavini bildirib ki, səngərdə vuruşan əsgərlərimizin vətənpərvər ruhda tərbiyə almasını həmişə təbliğ etmişik:

 

"Səngərdə vuruşan əsgərlərimizin cəmiyyətimizə qayıtması, bu bəlaya qarşı psixoloji mübarizə aparmaq hər birimizin borcudur. Doğrudur, bu cür bəlalara qarşı mübarizə aparmağa hər birimiz hazırıq. Sadəcə bəzi hallarda biganəlik var. O biganəliyi görməzlikdən gəlməyiniz bu bəlanın inkişafına yol açır"



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər